Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat erməni teleqram kanallarında paylaşılıb.
***
Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan paytaxt Moskvada görüşdükdən sonra mətbuat konfransı keçirib.
Qarabağdakı vəziyyətə toxunan Lavrov Rusiya, Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il tarixlərində imzalanmış sazişlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üzrə işlərə kömək etməyə hazır olduqlarını bildirən Lavrov Qarabağ məsələsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini dəyərləndirib.
Son xəbərlər
Son Xəbərlər