Rusiya və Ermənistan XİN rəhbərləri görüşdü

rusiya-ve-ermenistan-xin-rehberleri-gorusdu
Oxunma sayı: 1317

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ara Ayvazyanla görüşüb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nazirlər Dağlıq Qarabağla əlaqəli humanitar və iqtisadi  məsələləri müzakirə ediblər.

“Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrinin həyata keçirilməsini müzakirə ediblər. Xüsusi diqqət Dağlıq Qarabağda humanitar məsələlərə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə yönəldilib”, - Rusiya XİN-in yaydığı məlumatda bildirilir.