Rusiya və Ermənistan XİN rəhbərlərinin telefon danışığı oldu

rusiya-ve-ermenistan-xin-rehberlerinin-telefon-danisigi-oldu
Oxunma sayı: 1022

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın XİN rəhbəri Ara Ayvazyanla telefon danışığı olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr bəyanatının reallaşdırılması istiqamətində işlər müzakirə olunub.

Həmçinin, təhlükəsizlik aspektləri, humanitar komponent, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələlərinə toxunulub.

Bu kontekstdə bütün region ölkələrinin maraqlarının üst-üstə düşməsi və birgə konstruktiv işlərin əhəmiyyəti vurğulanıb.