Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Suren Papikyan arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirlər Qazaxıstandakı vəziyyəti, Kollektiv Təhlükəsizlik Şurası və KTMT Müdafiə Nazirləri Şurasının qəbul etdiyi qərarların icrasını müzakirə ediblər. KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər