Rusiya və Əsəd qüvvələrinin İdlibə sızma cəhdi dəf edildi

rusiya-ve-esed-quvvelerinin-idlibe-sizma-cehdi-def-edildi
Oxunma sayı: 1579

Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin və Əsəd rejiminin İdlibin cənubundakı Həma şəhəri yaxınlığında yerləşən Əl-Ənkavi cəbhəsində Suriya Milli Ordusunun (SMO) mövqelərinə gecə saatlarında diversiya əməliyyatı apardığı, ancaq cəhdin qarşısının alındığı bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” SMO mənbələrinə istinadən məlumat yayıb.

Çox sayda itki verən rejim qüvvələri SMO-nun əks-həmləsindən sonra geri çəkilib.

SMO mənbələrinə görə, Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri yaralanıb.

Sızma cəhdinə cavab olaraq SMO qüvvələri Həma çölündəki əl-Fatira kəndindəki rejim mövqelərinə top və raket hücumları həyata keçirib.

Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri 11 yanvarda da SMO-nun Əl-Ənkavi cəbhə xəttindəki mövqelərinə bənzər bir hücum cəhdi etmişdi.

Bildirilib ki, bu cür əməliyyatlarda rus qüvvələri ilk mərhələdə döyüş PUA-ları, daha sonra işıqlandırıcı bomba ilə hücuma keçirlər. Növbəti mərhələdə snayperlərə müraciət edən Rusiya qüvvələri istilik görüntüləmə cihazlarından da istifadə edirlər.

Sızma cəhdləri müxalifət və rejim əleyhinə silahlı qruplara itki yaşatmaq məqsədi daşısa da, Rusiya qüvvələri də bu hücumlarda mütəmadi itkilər verərək geri çəkilirlər.