İran və Rusiya "Sputnik V" peyvəndinin birgə istehsalı ilə bağlı müqavilə imzalayıb.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barəə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
"Vaksinin birgə istehsalı ilə bağlı danışıqlar başa çatıb. Yaxın vaxtlarda İranda birgə peyvəndin istehsalının şahidi olacağıq", - deyə Cəlali söyləyib.
Qeyd edək ki, bundan əvvəl "Sputnik V" peyvəndinin kliniki sınaqlarının üçüncü mərhələsinin nəticələri dərc olunmuş və onun yüksək təsirliliyi, təhlükəsizliyi təsdiq olunmuşdu. III mərhələ klinik tədqiqatlar zamanı "Sputnik V" yüksək effektivlik (91,6%), immunogeniklik və təhlükəsizlik göstərmişdi. Peyvənd yeni koronavirus infeksiyasının ağır hallarına qarşı tam qoruma təmin edir.
Son xəbərlər
Son Xəbərlər