Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək.
“Qafqazinfo” “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadi bildirib. Onun sözlərinə görə, manevrlərin keçirilməsi haqda artıq razılıq əldə olunub. Təlimlər ilin sonunadək Hind okeanının şimalında aparılacaq. Hərbi manevrlər Hörmüz körfəzində də keçirilə bilər.
Tərəflər yaxın vaxtda koordinasiya və planlama məsələləri üçün bir araya gələcək.
Son xəbərlər
Son Xəbərlər