Rəsmi Moskva və Tehran bundan sonra qarşılıqlı hesablamalar zamanı rubl, rial və avrodan istifadə edəcəklər.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan açıqlamasında bildirib:
“Biz artıq iranlılarla haqq-hesab məsələlərində dollardan imtina edib, rubl, rial və lazım olanda avrodan istifadə etmək qərarına gəlmişik. Milli valyutalarla haqq-hesab aparmaq həyati əhəmiyyət daşıyır və əminəm ki, Rusiyanın, İranın bank strukturları qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi potensiala sahibdir”.
Son xəbərlər
Son Xəbərlər