Rusiya və İran prezidentlərinin görüşü oldu

rusiya-ve-iran-prezidentlerinin-gorusu-oldu
Oxunma sayı: 1045

Rusiya Prezidenti Vladimir Putin Aşqabadda keçirilən altıncı Xəzər sammiti çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, hər iki ölkənin liderləri müntəzəm təmasdadırlar, o cümlədən telefon danışıqları aparır, həmçinin çoxtərəfli görüşlərdə çıxış edirlər. 

Prezidentlərin bundan əvvəlki təkbətək görüşü yanvarın 19-da Kremldə baş tutub. Daha sonra gündəliyə pandemiya ilə bağlı vəziyyət, İranın nüvə proqramı üzrə sazişin həyata keçirilməsində irəliləyişlər, Əfqanıstandakı vəziyyət və terrorizmlə mübarizə məsələləri daxil edilib. Ötən aylarda liderlər bir neçə dəfə telefonla da danışıblar və qeyd olunan məsələlərlə yanaşı, Ukraynadakı vəziyyəti müzakirə ediblər, regional sabitlik mövzularına toxunublar və ikitərəfli münasibətlərin gələcək inkişafının tərəfdarı olduqlarını bildiriblər.