Rusiya və İran səfirləri Türkiyə XİN-ə çağırıldı

rusiya-ve-iran-sefirleri-turkiye-xin-e-cagirildi
Oxunma sayı: 1631

Rusiya və İranın Ankaradakı səfirləri Aleksey Yerhov və Məhəmməd İbrahim Tahiryan Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, səfirlərə Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasına hücumlarından narahatlıq ifadə edilib.

Türkiyə XİN İdlibdə təhlükəsizliyin üç əsas təminatçısından olan İran və Rusiyanın bu məsələdə öz mövqeyini ortaya qoymasını istəyib.

Görüşd 29-30 yanvarda Soçidə təşkil ediləcək “Suriya Milli Dialoq Konqresi” ərəfəsində Surioya ordusunun hücumlardan əl çəkməsi üçün lazımi mesajların verilməsi tələb edilib.