Rusiya və İsrail Lapşini istəyir? - Belarus prokurorluğundan açıqlama

rusiya-ve-israil-lapsini-isteyir
Oxunma sayı: 3143

“Nə Rusiya, nə də ki, İsrail onlara bloqqer Aleksandr Lapşinin təhvil verilməsi ilə bağlı Belarusa müraciət edib”.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Belarus Baş Prokurorluğundan bildirilib.

Qeyd edək ki, A. Lapşin fevralın 7-də Azərbaycana ekstradisiya olunub.

Xatırladaq ki, İsrail və Rusiya vətəndaşlığı olan Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. O, Belarusda saxlanılmışdı.