Rusiya və Latviya arasında 23 km uzuluğunda hasar tikilib

rusiya-ve-latviya-arasinda-23-km-uzulugunda-hasar-tikilib
Oxunma sayı: 1154

Latviya-Rusiya sərhəddində qeyri-leqal miqrantların qarşısını almaq üçün 23 km uzunluğunda hasar ucaldılıb.

“Qafqazinfo”nun “Defli”yə istinadən xəbərinə görə, bunu Latviya dövlət sərhəd xidmətinin mətbuat katibi Yevgeni Poznyak bildirib.

Onun sözlərinə görə, tikinti işləri 2015-ci ildən başlayıb və 2019-cu ildə yekunlaşacaq. Poznyak həmçinin qeyd edib ki, 2017-ci ildə hasarın tikintisinə 6,5 milyon avro ayrılıb.

Ümumilikdə hasarın tikintisinə 17 milyon avro ayrılması planlaşdırılır.