“Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıyıq” - Ərdoğan

rusiya-ve-ukrayna-arasinda-danisiqlarin-tezlikle-berpasinin-terefdariyiq
Oxunma sayı: 939

"Türkiyə münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında danışıqların tezliklə bərpasının tərəfdarıdır".

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə Rusiya və Ukrayna ilə yüksək səviyyəli danışıqlar aparmaqda maraqlıdır.

"Türkiyə danışıqlar zamanı əsas diqqəti taxıl müqaviləsinin uzadılmasına yönəldəcək", - deyə Ərdoğan bildirib.