“Rusiya və Ukrayna arasında səylərimiz davam edir”

“Rusiya və Ukrayna arasında səylərimiz davam edir”
Oxunma sayı: 857

Rusiya və Ukraynanı bir araya gətirmək üçün səylərimiz davam etməkdədir.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Türkiyə tərəflərin müzakirə yolu ilə məsələləri həll etməsi üçün cəhdlər edir.

Kalın qeyd edib ki, hazırda Türkiyənin vasitəçiliyi ilə əsir və yaralıların mübadiləsi gündəmdədir.