Rusiya və Ukrayna bəzi məsələlərdə anlaşma əldə edib

rusiya-ve-ukrayna-bezi-meselelerde-anlasma-elde-edib
Oxunma sayı: 7676

“Rusiya və Ukrayna danışıqlarda bəzi məsələlərdə anlaşma əldə edə biliblər”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

O deyib ki, danışıqlarda təkliflər bloku üç hissədən ibarətdir: hərbi-texniki aspekt, humanitar-beynəlxalq və siyasi.

“Ukrayna tərəfi ilə danışıqlar indicə başa çatıb, biz bu danışıqlarda hər üç məsələ blokunu ətraflı müzakirə etdik: hərbi məsələ, beynəlxalq humanitar problem və üçüncü məsələ - münaqişənin gələcək siyasi həlli məsələsi. Mövqelər tamamilə aydındır, onlar bəndlərdə yazılıb. Bəziləri ilə bağlı anlaşma əldə edilib”, - deyə Medinski qeyd edib.