Rusiya və Ukrayna arasında növbəti dəfə ölən hərbçilərin cəsədlərinin mübadiləsi baş tutub.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, 50 rusiyalı hərbçinin cəsədi ilə 35 ukraynalı hərbçinin nəşi mübadilə edilib.
Ukraynalı hərbçilərin cəsədlərinin ölkəyə qaytarılması prosesinin davam etdirildiyi qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər