Rusiya və Ukraynanın müharibədəki itkiləri açıqlandı

rusiya-ve-ukraynanin-muharibedeki-itkileri-aciqlandi
Oxunma sayı: 2005

“Müharibə başlayandan bu günə qədər Ukraynada təqribən 18 900 rusiyalı hərbçi zərərsizləşdirilib”.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.  

“Bununla yanaşı, fevralın 24-dən aprelin 7-sinə qədər ukraynalı hərbçilər Rusiyaya məxsus 698 tank, 1891 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 108 reaktiv yaylım atəşi sistemi, 55 hava hücumundan müdafiə vasitəsi, 150 təyyarə, 135 helikopter, 1358 avtomobil texnikası, 7 gəmi/qayıq, 11 pilotsuz uçuş aparatı, 25 xüsusi texnika və s. sıradan çıxarılıb”, - deyə açıqlamada qeyd olunur.

“TASS”ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov da öz növbəsində Ukrayna tərəfinin itkilərini açıqlayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər gecə ərzində Ukraynanın 29 hərbi obyektini vurublar.

“Ümumilikdə hərbi əməliyyat başlayandan bu yana Rusiya qoşunları Ukraynaya məxsus 125 təyyarə, 93 helikopter, 413 PUA, 227 zenit-raket kompleksi, 1987 tank və digər zirehli döyüş maşını, 218 reaktiv yaylım atəşi sistemi, eləcə də 1894 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb”, - deyə Konaşenkov söyləyib.