Rusiya və Ukraynanın müharibədəki itkiləri - Siyahı

Rusiya və Ukraynanın müharibədəki itkiləri
Oxunma sayı: 1566

“Rusiya Silahlı Qüvvələri hərbi əməliyyat zamanı Ukraynaya məxsus ümumilikdə 142 təyyarə vurub”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, fevralın 24-dən bu günə qədər Ukraynaya məxsus 11 helikopter, 614 pilotsuz uçuş aparatı (PUA), 276 zenit-raket kompleksi, 2623 tank və digər zirehli döyüş maşını, 299 reaktiv yaylım atəşi sistemi, eləcə də 2431 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini açıqlayıb.

Bildirilir ki, fevralın 24-dən aprelin 28-nə qədər Ukraynada təqribən 22800 rusiyalı hərbçi zərərsizləşdirilib. Bununla yanaşı, Rusiyaya məxsus 970 tank, 2389 zirehli döyüş maşını, 431 artilleriya sistemi, 151 reaktiv yaylım atəşi sistemi, 72 hava hücumundan müdafiə vasitəsi, 187 təyyarə, 155 helikopter, 1688 avtomobil texnikası, 8 gəmi/qayıq, 215 PUA, 31 xüsusi texnika məhv edilib.