Rusiya vətəndaşı Azərbaycandakı dostunun evində ölüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 20-də Rusiya vətəndaşı Puşkaş Andrey Andeeviç dostu, Tərtər rayon sakini, 1959-cu il təvəllüdlü Fazil Əhmədovun evində ölüb.
Rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib. İlkin yoxlama zamanı müəyyən edilib ki, A.Andeeviç keçirdiyi xəstəliklə əlaqədar mədəsində baş vermiş qanaxma nəticəsində ölüb.
Araşdırma davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər