“Rusiya Ermənistanla Azərbaycanı hərbi fəaliyyətləri dayandırmağa və diplomatik yolla nizamlanma prosesinə çağırır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya vəziyyətin kəskin gərginləşməsindən narahatdır: “Rusiyalı sülhməramlı kontingent atəşin dayandırılması üçün Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan tərəfi ilə təmasdadır”.