Rusiya Xankəndidə konsulluq açmaq istəyir

rusiya-xankendide-konsulluq-acmaq-isteyir
Oxunma sayı: 4109

Rusiya yaxın vaxtlarda Xankəndidə baş konsulluq açmaq istəyir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

“İkitərəfli məsələlərdən Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim. Bunun üçün yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və dəstəyinizə ümid edirik”, - Q. Karasin görüş zamanı azərbaycanlı həmkarlarına müraciət edərək bildirib.

Onun sözlərinə görə, konsulluğun 2024-cü ildə açılması ideal olardı.