Rusiya xarici vətəndaşlar üçün kvotanı artırdı

rusiya-xarici-vetendaslar-ucun-kvotani-artirdi
Oxunma sayı: 1756

Rusiya Nazirlər Kabineti miqrantlar üçün müvəqqəti kvotaların artırılması barədə göstəriş verib.

“Qafqazinfo” publika.az-a istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında deyilir.

Xatırladaq ki, 2015-ci il yanvar ayının 1-dən xarici vətəndaşlar Rusiyada işləmək üçün patent almalıdırlar. Vahid patentləri zamanla kvota mexanizmi əvəz edəcək və mühacirlərə hüquqi şəxslərin, eləcə də fərdi sahibkarların yanında işləməyə icazə verəcək.

Bundan başqa, 2015-ci ilin yanvar ayından Rusiyada MDB ölkələrinin vətəndaşları üçün ölkəyə giriş-çıxış rejimi barədə qanun qüvvəyə minib. İndi bu ölkəyə xarici pasportu olmadan yalnız Avrasiya İqtisadi İttifaqı ölkələrinin – Belarus, Qazaxıstan və Ermənistanın vətəndaşları gələ bilərlər. Bu qanun eləcə də Avrasiya İqtisadi İttifaqına daxil olmaq istəyini bildirən Qırğızıstan üçün də keçərlidir.