Rusiya xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur

rusiya-xarici-vetendaslarin-olkeye-girisine-qadaga-qoyur
Oxunma sayı: 2924

Rusiya hökuməti xarici vətəndaşların ölkəyə girişini müvəqqəti olaraq dayandırır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, rəsmi Moskva bu qərarı koronavirusun yayılması səbəbindən qəbul edib. Məhdudlaşma martın 18-dən mayın 1-dək qüvvədə olacaq.

Qadağa yük maşını sürücülərinə, diplomatlara və Rusiyada daimi yaşayanlara aid edilmir.