Rusiya Xarkova “İsgəndər” atdı

rusiya-xarkova-isgender-atdi
Oxunma sayı: 3825

Bu gün rus hərbçilər Rusiya ərazisindən “İsgəndər” raket kompleksləri ilə Xarkova hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələri düşməni şəhərə buraxmır və bölgədə əks-hücum əməliyyatları aparır. İşğalçılar Xarkovun yaşayış massivlərinə zərbələr endirməkdə, tarixi mərkəzi məhv etməkdə davam edir. Çuqev, İzyum, Derqaçidə atəşlər davam edir”, - Sinequbov bildirib.