Rusiya XİN-dən növbəti - Qarabağ açıqlaması

rusiya-xin-den-novbeti-
Oxunma sayı: 3431

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı danışıb.

Qafqazinfo” xəbər verir ki, Zaxarova Dağlıq Qarabağda baş verənləri dəyərləndirərək, hazırkı vəziyyətdə sabitliyin bərpası üçün iş aparmaq və təmkin nümayiş etdirmək lazım olduğunu deyib. Onun sözlərinə görə, Rusiya tərəfi qəti əmindir ki, tərəflər danışıqlar prosesini bərpa etməklə məsələnin sülh yolu ilə həllinə nail olacaqlar.

Zaxarova onu da əlavə edib ki, əldə edilmiş razılaşmalar əsasında hərbi risklərin azaldılması üzrə işləri fəallaşdırmaq vacib prinsiplərdən biridir. O, “Hal-hazırda əsas vəzifə əlbəttə ki, vəziyyəti sakitləşdirmək, yenidən qan tökülməsinin qarşısının alınmasıdır” –deyə açıqlama verib.

Aysel Kərimova