Rusiya XİN-dən Türkiyə ilə bağlı - Təklif

rusiya-xin-den-turkiye-ile-bagli
Oxunma sayı: 3687

“Rusiya – Türkiyə sərhədinə beynəlxalq müşahidəçilər yerləşdirilsin”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Ankaraya hörmət əlaməti olaraq Suriyaya gedən yük maşınlarının yoxlanması üçün gömrük qapılarına beynəlxalq müşahidəçiləri dəvət etməyi təklif edirik. Bu, Ankaranın dedikləri doğrudursa, Türkiyənin qaçaqmalçılığa qarışdığı ilə bağlı xəbərləri və bununla bağlı ittihamları aradan qaldırmağın ən asan yoludur”, - deyə Zaxarova söyləyib.