Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı məlumat yayıb.
“Qafqazinfo” xəbər verir ki, məlumatda bildirilir ki, Rusiya Azərbaycanla ənənəvi əlaqələrə böyük əhəmiyyət verir:
“Bakı görüşü zamanı gündəlikdəki aktual məsələlər müzakirə ediləcək, həmçinin Dağlıq Qarabağ probleminin nizama salınması ilə bağlı Vyana və Sank-Peterburqda əldə edilən danışıqların inkişafı istiqamətində fikir mübadiləsi aparılacaq.
Azərbaycan bizim Zaqafqaziya və Xəzər regionunda vacib strateji partnyorumuzdur.
Azərbaycanlı həmkarımızla birgə hər iki ölkə prezidentinin himayəsi ilə sentyabrın 29-u keçiriləcək V Bakı Humanitar Forumuna hazırlıqlar görürük”.
Son xəbərlər
Son Xəbərlər