Rusiya Xarici İşlər Nazirliyinin binalarından birinin texniki otağında yanğın siqnalı işə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün teleqram kanalında məlumat verib:
“XİN-in binalarından birində texniki otaqda yanğın siqnalı işə düşüb. Mümkün səbəb qısaqapanmadır”.
Diplomat qeyd edib ki, insident nəticəsində xəsarət alan olmayıb.
Son xəbərlər
Son Xəbərlər