Rusiya XİN Paşinyana cavab verdi

rusiya-xin-pasinyana-cavab-verdi
Oxunma sayı: 4924

“Qarabağdakı Rusiya sülhməramlılarının ünvanına tənqidlər əsassızdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN İnformasiya və mətbuat departamentinin direktor müavini İvan Neçayev deyib.

“İntensiv siyasi təmaslarla yanaşı, Rusiya sülhməramlıları tərəfindən də fəal iş davam etdirilir və onlar vəziyyətin sabitləşməsi üçün lazımi səylər göstərirlər. Daha əvvəl həm Bakıda, həm də İrəvənda Rusiyanın sülhməramlı kontingentinin mühüm rol oynadığını dəfələrlə vurğulayıblar. Sülhməramlıların ünvanına ayrı-ayrı tənqidləri əsassız hesab edirik”, - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edib. Paşinyan qeyd edib ki, Qarabağda son günlərdə baş verən hadisələr fonunda Rusiya sülhməramlılarının regiondakı işi sual doğurur. Onun sözlərinə görə, bu hadisələr Rusiya sülhməramlılarının iştirakı və səhlənkarlığı ilə baş verib.