Rusiya Yaponiya ilə sülh danışıqlarından imtina etdi

rusiya-yaponiya-ile-sulh-danisiqlarindan-imtina-etdi
Oxunma sayı: 743

Rusiya Yaponiya ilə adalarla bağlı sülh müqaviləsi üzrə danışıqları dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səbəb olaraq Yaponiyanın Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı birtərəfli məhdudiyyətlər tətbiq etməsi göstərilir. Həmçinin bildirilir ki, Rusiya tərəfi Cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətlərin qurulması üzrə Yaponiya ilə dialoqdan çıxır:

“İkitərəfli əməkdaşlığa və Yaponiyanın maraqlarına dəyən ziyana görə bütün məsuliyyət qəsdən anti-Rusiya kursu seçmiş rəsmi Tokionun üzərinə düşür”.