“Rusiya yaxın günlərdə İran istehsalı pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyasını əldə edəcək”.
“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk açıqlayıb.
Onun sözlərinə görə, Rusiya ordusu bununla da Ukraynaya hücumları aktivləşdirə bilər: “Müşahidələrimizə əsasən, PUA-ların sayı azalıb və onları qrup halında istifadə edirlər. Bu qarşı tərəfin yeni tədarük gözlədikləri ilə əlaqəli ola bilər və bir neçə gün sonra yenidən hücum gücləndirilə bilər”.
Qeyd edək ki, Britaniya kəşfiyyatının daha əvvəl yaydığı məlumata görə, Rusiya Xəzər dənizi vasitəsilə İrandan böyük partiyalarla dronlar əldə edir. Məlumata görə, Rusiya, həmçinin ölkə daxilində PUA istehsalına başlamaq üzərində çalışır.
Son xəbərlər
Son Xəbərlər