Ukrayna administrasiyası Rusiyanın genişmiqyaslı hücuma hazırlaşdığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bölgədəki mülki şəxslər təxliyə üçün məlumatlandırılıb.
Dekabrın 3-dən 5-dək Ukrayna hökuməti Dnepr çayının sol sahilində ərazini tərk edə bilməyən vətəndaşların təxliyəsi üçün əməliyyatlara başladığını qeyd edib.
"Bölgədə mümkün hücum təhlükəsi səbəbindən evakuasiya tədbirləri zəruri hesab edilir", -deyə Xerson hərbi administrasiyasının bəyanatında deyilir.