Rusiya yenidən Zaporojye AES-ə zərbələr endirdi

rusiya-yeniden-zaporojye-aes-e-zerbeler-endirdi
Oxunma sayı: 1635

Rusiya hərbçiləri sutka ərzində dördüncü dəfə Zaporojye Atom Elektrik Stansiyasına zərbələr endirib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, son atışma zamanı bombalardan biri enerji blokunun yaxınlığına düşüb. Zərbələr nəticəsində məişət çirkab suları üçün nasos stansiyası zədələnib. Yaxınlıqda güclü tüstü var.

Məlumata görə, radiasiya sensoru zədələnib.