Rusiya yığması Belarusda keçirilən II Avropa Oyunlarının komanda hesabında medal sayına görə vaxtından əvvəl qalib olub.
"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, hazırda rusiyalı idmançıların aktivində 39 qızıl, 19 gümüş və 35 bürünc medal var.
24 qızıl, 14 gümüş, 35 bürünc medalla ikinci yerdə qərarlaşan Belarus yığması isə artıq birinci ola bilməyəcək.
Millimizin aktivində 5 qızıl, 7 gümüş və 12 bürünc olmaqla 24 medal var. Azərbaycan yığması medal sayına görə komanda hesabında hazırda 9-cu yerdə qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər