Rusiyada son sutka ərzində daha 6 198 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə yoluxanların ümumi sayı 87 147-yə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb. Bununla Rusiya ölkə üzrə koronavirusa yoluxanların sayına görə Çini (82,830) ötüb.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə ötən gün ərzində daha 50 nəfər artaraq 794-ə çatıb. Ümumilikdə 7 346 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, dünya üzrə 3 003 889 insan koronavirusa yoluxub, 207 103 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
Son xəbərlər
Son Xəbərlər