Rusiya ZAES-də terror aktı törədə bilər - Ukrayna kəşfiyyatı

rusiya-zaes-de-terror-akti-torede-biler
Oxunma sayı: 794

“Rusiya hərbçiləri Ukrayna müdafiəçilərini günahlandırmaq üçün Zaporojye AES-in ərazisində mümkün terror aktı hazırlayır”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin teleqram kanalında yazılıb.

Kəşfiyyat məlumatlarına görə, Rusiya hərbçiləri Zaporojye AES-də gözlənilməz “istirahət günü” elan ediblər.

“Avqustun 19-da Zaporojye AES-də yalnız operativ heyət olacaq. Bütün digər işçilərə giriş qadağan ediləcək. Məlumdur ki, son vaxtlar davamlı olaraq stansiyada olan “Rosatom” nümayəndələri təcili olaraq obyektin ərazisini tərk ediblər. Bu arada Rusiya Müdafiə Nazirliyi də müdafiəçilərimizin guya “terror hücumu” hazırladığını açıqlayıb. İşğalçıların fikrincə, Ukrayna hərbçiləri BMT-nin Baş katibi Antonio Quterreşin səfəri zamanı “rezonanslı təxribat hazırlayırlar”, - teleqram kanalında qeyd olunub.