Rusiya Zelenskini devirmək istəyir?

rusiya-zelenskini-devirmek-isteyir
Oxunma sayı: 3483

“Rusiya Silahlı Qüvvələrinin Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat bu ölkənin dövlətçiliyini məhv etmək və ya Prezidentini devirmək məqsədi daşımır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

“Bir daha vurğulayıram, xüsusi hərbi əməliyyat ölkə ərazisini işğal etmək, onun dövlətçiliyini məhv etmək, hazırkı Prezidenti devirmək məqsədi daşımır”, - deyə Zaxarova söyləyib.