“Rusiya Azərbaycan və Ermənistan ictimai xadimlərindən gələn humanitar xarakterli təşəbbüsləri hər bir halda alqışlayır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə deyib.
“Biz hər iki şəkildə Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, habelə iki ölkənin birgə humanitar tədbirlərin keçirilməsini alqışlayırıq. Fikrimizcə, bu cür təşəbbüslər barışıq, etimad, qarşılıqlı anlaşma mühitinin formalaşmasına kömək edir, həm Azərbaycan, həm də erməni xalqları, prinsip etibarilə bütün Cənubi Qafqaz bölgəsi və bu səbəbdən də Rusiya Federasiyasının da xeyrinədir. Bakı və İrəvan bu istiqamətdə hərəkət etmək üçün səmimi bir meyl göstərəcəkləri təqdirdə, Rusiya şübhəsiz ki, bu cür humanitar aksiyaları dəstəkləyəcək”,-deyə Zaxarova qeyd edib.
Son xəbərlər
Son Xəbərlər