Rusiyada 1 günə koronavirusa rekord yoluxma qeydə alındı

rusiyada-1-gune-koronavirusa-rekord-yoluxma-qeyde-alindi
Oxunma sayı: 2790

Rusiyada günlük koronavirusa yoluxma və ölüm hallarının sayında rekord qeydə alınıb.

“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiyada ötən gün ərzində koronavirusa 3,448 yeni yoluxma və 34 ölüm halının təsdiqlənməsi ilə günlük yoluxma və ölüm hallarında rekord qeydə alınıb.

Yoluxma və ölüm hallarına görə birinci yerdə Moskva (16,146 yoluxma, 113 ölüm) şəhəri qərarlaşıb. Bu günə qədər ölkə üzrə koronavirusa 27, 938 insan yoluxub, 232 nəfər xəstəlik səbəbindən həyatını itirib. Ümumilikdıə 2,304 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünya üzrə 2,088,861 insan koronavirusa yoluxub, 134,755 nəfər isə vəfat edib.