Rusiyada 1 nəfər “donuz qripi”ndən öldü - Daha 24 nəfər xəstədir

rusiyada-1-nefer-donuz-qripinden-oldu
Oxunma sayı: 1213

Rusiyada “donuz qripi” bir nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, daha 24 nəfərdə isə H1N1 virusu aşkarlanıb. Ölən şəxs Sankt-Peterburq sakinidir.

60 nəfər “donuz qripi”nin əlamətlərindən sayılan qızdırma, öskürək, boğaz ağrısı, baş ağrısı, üşümə və yorğunluq şikayətləri ilə xəstəxanalara müraciət edib.

Səhiyyə Nazirliyi Sankt-Peterburqda tədbirlər görməyə başlayıb.