Rusiyada 1000-ə yaxın miqrant həbs olundu

rusiyada-1000-e-yaxin-miqrant-hebs-olundu
Oxunma sayı: 3573

İyul ayı ərzində Rusiyanın Sankt-Peterburq və Leninqrad vilayətində polis 1000-ə yaxın miqrantı həbs edib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Onların əksəriyyəti miqrasiya qanunlarının pozulması ilə bağlı saxlanılıb” , - hesabatda qeyd olunur.

Yoxlamalar nəticəsində yüzlərlə qanun pozucusu həbs edilib.

“Miqrasiya qanunvericiliyinin ən kobud şəkildə pozulmasına yol vermiş 900-dən çox əcnəbi bir neçə il ərzində geri qayıtmaq qadağası ilə Rusiya Federasiyasından deportasiya olunmaq üçün ixtisaslaşdırılmış mərkəzlərə yerləşdirilib”, - deyə Baş İdarədən bildirilib.

Bundan əlavə, qeyri-qanuni miqrasiya üçün kanallar təşkil edən iki cinayətkar qrup da məhv edilib.