Rusiyada 2 qatar toqquşdu, xəsarət alanlar var - Yenilənib + Video

rusiyada-2-qatar-toqqusdu-xesaret-alanlar-var
Oxunma sayı: 1992

Rusiyanın Sankt-Peterburq şəhərinin Frunzensk rayonunda iki yük qatarı toqquşub. “Qafqazinfo” bildirir ki, bu barədə “Kanal 78” mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə, qatarlar “Kupçinskaya” dəmiryol stansiyasının yaxınlığında, Malaya Balkanskaya küçəsində toqquşub. Dəmiryolu xətləri və üç lokomotiv zərər çəkib.

Qatarlardan birinin maşinisti xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, kabinədə yuxuya gedib.

Faktla bağlı cinayət işi açılıb.

***

REN TV-nin yazdığına görə, daha bir xəsarət alan şəxs tibb işçiləri tərəfindən müayinə olunduqdan sonra evə buraxılıb.