“Həkimlər ölkədə 20 min nəfərdə koronavirus şübhəsinə rast gəliblər”.
“Qafqazinfo” “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova deyib. O əlavə edib ki, həkim nəzarətində olan 20 min nəfərin 6 min nəfərindən çoxu Çindən gəlib.
Popovanın sözlərinə görə, ilin əvvəlindən 769 nəfər xəstəxanaya yerləşdirilib, onların 97-də qrip aşkarlanıb, 121 nəfərdə isə tənəffüs yolu xəstəlikləri tapılıb.
Qeyd edək ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirusdan 910 nəfər dünyasını dəyişib. Dünyanın 28 ölkəsində bu virusa rast gəlinib.
Son xəbərlər
Son Xəbərlər