Rusiyada 29 yaşlı azərbaycanlını döyərək öldürüblər

rusiyada-29-yasli-azerbaycanlini-doyerek-oldurubler
Oxunma sayı: 3390

Sank-Peterburqda naməlum şəxslər 29 yaşlı azərbaycanlını qaçıraraq ölənə kimi döyüblər.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş verib, lakin azərbaycanlını yanvarın 5-də yol kənarında tapıblar. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Adı açıqlanmayan həmyerlimizin dekabrın ortalarında Rusiyaya getdiyi məlum olub. 

Şahidlərin sözlərinə görə, 5-6 nəfər kişini döyüb, daha sonra onu maşının baqajına tullayıblar. 

Faktla bağlı “adam oğurluğu” maddəsi ilə cinayət işi açılıb.