Rusiyada azərbaycanlı, “Lipetsksement” müəssisəsinin direktoru Elvin Məmmədov ürəktutmadan vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o, aprelin 3-ü Moskvadan Lipetskə qayıdırmış və qatar gözlədiyi vaxt dünyasını dəyişib.
Qeyd olunur ki, Elvin Məmmədov 1986-cı ildə Saxa Respublikasının (Yakutiya) Moxsoqollox qəsəbəsində anadan olub. 2008-ci ildə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib. O, 2020-ci ilin avqustundan bəri “Lipetsksement” zavoduna rəhbərlik edib.
E. Məmmədov Saxa Respublikasının Dövlət Məclisinin deputatı, “Yakutsement” müəssisəsinin rəhbəri Əliş Məmmədovun oğludur.

Son xəbərlər
Son Xəbərlər