Rusiyanın Saratov vilayətində dəm qazında boğulma faktı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata əsasən, insident Marks şəhərində baş verib. Hadisə nəticəsində 4 nəfər dəm qazından zəhərlənərək ölüb. Onların cəsədləri yaşadıqları evdə aşkar edilib. Ölənlərin arasında 10 yaşlı qız uşağı da olub.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Son xəbərlər
Son Xəbərlər