Rusiyada 4 uşaq yanaraq ölüb

rusiyada-4-usaq-yanaraq-olub
Oxunma sayı: 1502

Rusiyanın Krasnoyarsk diyarının Lesosibirsk şəhərində yaşayış evində baş vermiş yanğın zamanı dörd uşaq həyatını itirib. Daha bir uşaq və bir böyük xəsarət alıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Həyatını itirən uşaqların 2, 5, 10 və 17 yaşları olub. Xəsarət alan uşağın 12 yaşı var.

Yanğının söndürülməsi işləri davam etdirilir. Hadisə yerinə 37 nəfər canlı qüvvə və 14 ədəd texnika cəlb olunub.

Yanğının səbəbi onun tam söndürülməsindən sonra müəyyənləşdiriləcək.