Rusiyada koronavirusa yoluxan 200 jurnalistdən 5-i dünyasını dəyişib.
“Qafqazinfo” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyev bildirib.
Onun sözlərinə görə, dünyada COVID-19-dan 60 KİV nümayəndəsi ölüb.
Qeyd edək ki, RF-də 232 min 243 nəfər koronavirusa yoluxub, onlardan 2116-sı vəfat edib.
Son xəbərlər
Son Xəbərlər