Rusiyada 52 yaşlı “qanuni oğru” saxlanılıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Georgi Beriev, kriminal dairələrdə isə Giya Beremena olaraq tanınan avtoritet dövlət sərhədini qanunsuz olaraq keçməkdə ittiham edilir.
Xatırladaq ki, hələ ötən il “qanuni oğru” “persona-non qrata” kimi Yaroslavlda saxlanılaraq Rusiyadan ömürlük deportasiya edilmişdi. Buna baxmayaraq, Beriev fevralın 29-u geri qayıtmışdı. Əgər indi onun günahı sübuta yetirilərsə 5 il azadlıqdan məhrum edilə bilər.
Son xəbərlər
Son Xəbərlər