Rusiyanın Yakaterinburq şəhər sakini Yevgeni Tetörin 24 insanı və 2 pişiyi yanğından xilas edib.
“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən məlumatına görə, yanğın hadisəsi şəhərin Mamin Sibiryak və Malışev küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Bunu görən 53 yaşlı kişi sakinlərə kömək etmək üçün dərhal həmin binaya qalxıb. Xilasedicilərin gəlişinə qədər o, binadan 24 insanı və 2 pişiyi çıxara bilib.
Mənbənin məlumatına görə, Tetörin Əfqanıstan müharibəsinin iştirakçısı olub.
Son xəbərlər
Son Xəbərlər